Bu ölkə yeni kəşfiyyat xidməti yaradır


İsveç Riksdaqı (parlament) yeni mülki xarici kəşfiyyat xidmətinin yaradılmasını təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yeni kəşfiyyat xidməti 2027-ci ilin əvvəlində fəaliyyətə başlayacaq.
İsveç Xarici İşlər Nazirliyi əlavə edib ki, yeni xidmət hərbi kəşfiyyatın bəzi vəzifələrini öz üzərinə götürəcək, həmçinin, silahlı qüvvələr, siqnal kəşfiyyatı, təhlükəsizlik polisi və digər qurumlarla sıx əməkdaşlıq edəcək.
Qeyd edək ki, daha əvvəl “Financial Times” qəzeti Avropa Komissiyasının yeni Aİ kəşfiyyat xidməti yaratmaq niyyəti barədə məlumat vermişdi. Məlumata görə, xidmətə hazırkı prezident Ursula fon der Lyayen rəhbərlik edəcək.
Bundan əlavə, nəşrin məlumatına görə, Avropa İttifaqı Rusiya, Çin və digər ölkələrdən gəldiyi iddia edilən dezinformasiya ilə mübarizə aparmaq üçün ixtisaslaşmış mərkəz yaratmaq niyyətindədir. Təşəbbüsün Ursula fon der Lyayen tərəfindən irəli sürüldüyü bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top