
ABŞ Prezidenti Donald Tramp və sahibkar İlon Mask milyarderin noyabr seçkilərində respublikaçıları dəstəkləmək istəyi səbəbindən münasibətlərini yaxşılaşdırıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşr bildirib ki, Mask Respublikaçılar Partiyasının Konqres üzərində nəzarəti saxlamasına kömək etmək üçün seçici fəallığının artırılması əməliyyatına ən azı 100 milyon dollar xərcləməyi planlaşdırdığını bildirib. Bu səhnə Tramp və Maskı yenidən birləşdirmək üçün təxminən bir illik səylərin kulminasiya nöqtəsi olub.
Vitse-prezident C.D. Vens və Ağ Evin aparat rəhbəri Syuzi Uaylsın Tramp və Mask arasında münasibətlərin bərpasında əsas rol oynadığı deyilir.
Qeyd edək ki, Tramp və Mask arasındakı münaqişə 2025-ci ilin yayında Ağ Evin Maskın dəstəklədiyi namizəd Cared Ayzekmanı NASA-dan geri çağırmaq qərarından sonra başlayıb. Mask Trampın dövlət xərcləri və vergiləri ilə bağlı böyük, gözəl qanun layihəsini tənqid edib və bundan sonra iki tərəf ictimai ittihamlar mübadiləsi aparıb.
Tətbiqimizi yükləyə bilərsiniz