10 milyonluq tablolar muzeyə qaytarıldı – 6 ay əvvəl oğurlanmışdı…


İtaliya hərbi polisi (Karabinieri) mart ayında Traversetolodakı “Magnani Rocca” Fondunun muzeyindən oğurlanmış üç rəsm əsərini aşkar edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə polis idarəsinin mətbuat xidməti məlumat verib.
Xüsusilə, muzeyə təxminən 6 milyon avro dəyərində qiymətləndirilən “Albalı boşqabı ilə natürmort” (Pol Sezann); təxminən 3 milyon avro dəyərində “Balıq” (Pyer Ogüst Renuar); təxminən 20 000 avro dəyərində “Terrasda Odaliska” (Anri Matiss) əsərləri qaytarılıb.
Muzey soyğunu bu il martın 23-ü gecəsi baş verib. Naməlum şəxslər Parma yaxınlığındakı villaya arxa darvazanın dəmir barmaqlıqlarını mişarlayaraq daxil olublar. Bir neçə dəqiqə ərzində oğrular divarlardan üç rəsm əsərini çıxarıblar.
“Magnani-Rocca” Fondu Avropanın ən əhəmiyyətli sənət kolleksiyalarından biridir. O, Parmadan təxminən 17 km məsafədə, Mamiano di Traversetolodakı “Villa dei Capolavori” (Şah Əsərlər Villası) ərazisində yerləşir. Burada ən vacib İtaliya sənət kolleksiyalarından biri hesab edilən kolleksiyaçı Luici Manyaninin şəxsi kolleksiyası saxlanılır.

DİGƏR XƏBƏRLƏR

Top