
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Xaçatur Poqosyanı Prezident Administrasiyasının rəhbəri təyin edib.
Yeniavaz.com “NEWS.am” portalına istinadla xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ölkə prezidenti bu barədə fərman imzalayıb.
Qeyd edək ki, Xaçatur Poqosyan bundan əvvəl Ermənistan Prezident Administrasiyasının rəhbərinin müavini olub və rəhbərin səlahiyyətlərini icra edib.
Tətbiqimizi yükləyə bilərsiniz