
ABŞ-nin ümumi milli borcu 1 iyuldan bəri 500 milyard dollardan çox artaraq rekord həddə - 40 trilyon dollara yaxınlaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin gündəlik hesabatında öz əksini tapıb.
Məlumata görə, iyulun əvvəlində ümumi milli borc 39,389 trilyon dollar təşkil edirdisə, avqustun ortalarında bu rəqəm 39,913 trilyon dollara çatıb.
Beləliklə, altı həftədən az müddətdə xalis artım 524,22 milyard dollar təşkil edib.
Bundan əlavə, təkcə 2026-cı maliyyə ilinin (ABŞ-də 1 oktyabrda başlayır) ilk 10 ayında Amerika hökuməti milli borcun xidmətinə və faizlərinin ödənilməsinə rekord həddə 963 milyard dollar ayırıb.
Tətbiqimizi yükləyə bilərsiniz