Kolumbiya zəlzələsində ölənlərin sayı 285-ə çatdı


Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 285-ə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kolumbiyanın Milli Fəlakət Risklərinin İdarə Edilməsi Departamenti (UNGRD) “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məlumata görə, daha 3975 nəfər yaralanıb.
“Son məlumatlara görə, 285 nəfər həlak olub, 3975 nəfər yaralanıb, 379 nəfər itkin düşüb və daha 354 nəfər xilas edilib”, - məlumatda qeyd edilib.
Departamenti məlumatına görə, zəlzələ Kolumbiyanın 15 departamentinə və 426 bələdiyyəsinə təsir göstərib. Ümumilikdə, 45 523 ailə zəlzələdən zərər çəkib.
Qeyd edək ki, avqustun 10-u səhər saatlarında Kolumbiyada 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Çoko departamentindəki San Xose del Palmar bələdiyyəsi yaxınlığında olub. Zəlzələlər Kolumbiyanın böyük bir hissəsində və qonşu ölkələrdə hiss olunub.

DİGƏR XƏBƏRLƏR

Top