Azərbaycanda zəlzələ – Şimal rayonlarında hiss olundu + Yenilənib


Azərbaycanın zəlzələ olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.
Məlumata görə, zəlzələ Quba, Siyəzən, Qusar, Xaçmaz, Şabran, İsmayıllı və Qəbələ rayonlarında hiss olunub və təxminən 10 saniyə davam edib.
Zəlzələnin fəsadları barədə hələlik məlumat yoxdur.

***21:23
Quba rayonunda, Quba stansiyasından 19 km şimalda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Seysmoloji hadisə yerli vaxtla saat 20:56-da baş verib.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

DİGƏR XƏBƏRLƏR

Top