
Oxşar hadisədən 24 saatdan az müddət sonra Britaniyada daha bir sərnişin qatarı relsdən çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniya Nəqliyyat Polisinə istinadla “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə London yaxınlığında, Esseks qraflığındakı Uikford şəhəri yaxınlığında baş verib.
Xəsarət alanlar barədə məlumat verilməyib.
Hazırda Nəqliyyat Polisi hadisənin baş vermə səbəblərini araşdırır.
Qeyd edək ki, dünən Britaniyanın cənub-şərqində, Şərqi Sasseksdə, Luis stansiyası yaxınlığında sərnişin qatarı relsdən çıxmış, ən azı üç vaqon aşmışdı. Qəza nəticəsində 2 nəfər ağır yaralanmış, 9 nəfər isə yüngül xəsarət almışdı. Zərərçəknlər hadisə yerində müayinə və müalicə olunmu, bəziləri isə əlavə müalicə üçün yerli xəstəxanalara aparılmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz