Fransa 15 yaşdan kiçiklərə sosial media qadağasını ləğv etdi


Fransanın Konstitusiya Şurası uşaqların müdafiəsi haqqında qanunun 15 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən əsas müddəasını ləğv edib
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP agentliyin məlumat yayıb.
Hakimlər qeyd etdilər ki, tədbir ifadə azadlığına və məlumatın yayılmasına qeyri-mütənasib müdaxilə təşkil edir.
Parlament tərəfindən 21 iyulda qəbul edilən qanunun 1 sentyabrda qüvvəyə minməsi planlaşdırılırdı.
Qanun 15 yaşdan kiçik uşaqların “TikTok”, “Snapchat”, “X” və “Instagram” kimi platformalardan, eləcə də “YouTube” kimi xidmətlərdəki sosial media funksiyalarından istifadəsini qadağan edəcəkdi.
Məhdudiyyətlər həmçinin şərhlərə, məzmun paylaşma kanallarına, “WhatsApp” da daxil olmaqla bəzi mesajlaşma tətbiqlərinə və müəyyən onlayn oyunlara şamil ediləcəkdi.
Konstitusiya Şurası qanunun yalnız sosial media ilə bağlı olan birinci maddəsini nəzərdən keçirib. Hakimlər eyni qanunun digər bir müddəası - sentyabrın 1-də qüvvəyə minməsi planlaşdırılan məktəblərdə mobil telefonların istifadəsinə qoyulan qadağa barədə qərar verməyiblər.

DİGƏR XƏBƏRLƏR

Top