“Hörümçək Adam” iki həftəyə 2 milyard dollara yaxın qazandı


“Hörümçək Adam: Yeni Gün” filmi ABŞ kassalarında iki həftədən bir az az müddətdə 2 milyard dollara yaxın gəlir əldə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Numbers” analitik portal məlumat yayıb.
Portalın məlumatına görə, bu günə qədər film ABŞ-də 704,6 milyon dollar, beynəlxalq səviyyədə isə əlavə 1,108 milyard dollar qazanıb. Nəticədə, filmin filmin iki həftəsonu nümayişindən sonra 1,813 milyard dollara çatıb.
“Hörümçək Adam: Yeni Gün” filmi 31 iyulda dünya miqyasında nümayiş olunmağa başlayıb. Filmdə Piter Parker rolunu Tom Holland canlandırır. Filmdə həmçinin Zendaya, Sadie Sink, Con Berntal, Mark Ruffalo, Florens Pyu, Ceykob Batalon və Maykl Mendo da rol alıblar.

DİGƏR XƏBƏRLƏR

Top