Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək


Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti buğda tədarükü həyata keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, 8 vaqondan ibarət, çəkisi 560 ton olan buğda 15 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınacaq.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 min ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

DİGƏR XƏBƏRLƏR

Top