Bu marşrutların hərəkətinə məhdudiyyət tətbiq edildi


Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumata görə, məhdudiyyətə əlaqədar 112, 140, 140E, 141, 144, 146, 182, 340 və 446 nömrəli müntəzəm marşrutların hərəkəti Mərdəkan-Qala şosesi, 28 May, Dəmiryolçular, Xəzri və Baba Əliyev küçələri ilə təşkil edilib.

DİGƏR XƏBƏRLƏR

Top