Ramzan Kadırovun oğlu daha bir titula layiq görüldü


Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, həmçinin Çeçenistan rəhbərinin köməkçisi və regional Təhlükəsizlik Şurasının katibi Adam Kadırova “Çeçenistan Respublikasının Kurçaloyevski rayonunun fəxri vətəndaşı” adı verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının “Telegram” kanalında məlumat verilib.
Məlumatda qeyd olunur ki, fəxri ad məsuliyyətli işin, Çeçenistanın maraqlarına sədaqətin və Kurçaloyevski rayonunun sakinlərinə xidmətin layiqincə qiymətləndirilməsidir.
Qeyd edək ki, iyul ayında Adam Kadırov Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyindən (GIBDD ) medal almışdı. Medal Qroznıda Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə təqdim edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top