Ronaldo Rodriqesə etibar etmir? – Nikah müqaviləsi imzaladılar + Foto


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo və həyat yoldaşı Corcina Rodriqes nikahdan əvvəl müqavilə imzalayıblar.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə sənədin fotosu yayılıb.
Sənəddə hər bir həyat yoldaşının nikahdan əvvəl sahib olduğu əmlakın, eləcə də sonradan əldə etdiyi əmlakın saxlanması nəzərdə tutulur. Əgər onlar birgə bir əmlak alsalar, hər iki həyat yoldaşı ortaq mülkiyyətə malik olacaq. Boşanma halında isə bu əmlak bölünəcək.
Ronaldo və Rodriqesin toy mərasimi isə avqustun 11-də baş tutub.
Qeyd edək ki, Ronaldo əvvəllər toyun 2026-cı il Dünya Kubokundan sonra və Səudiyyə Ərəbistanı Liqası mövsümünün başlamasından əvvəl baş tutacağını bildirmişdi. O, Rodriqesin böyük şənlikləri sevmədiyi üçün tədbirin qapalı keçiriləcəyini qeyd etmişdi.
Xatırladaq ki, Ronaldonun 41 yaşı var. O, beşqat Çempionlar Liqasının, Avropa çempionunun və ikiqat Millətlər Liqasının qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Kuboku tarixində ən çox qol vuran oyunçudur. O, 2022-ci ilin dekabr ayından bəri Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır. Hücumçu karyerası ərzində Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İtaliyanın “Yuventus” və İspaniyanın “Real Madrid” klublarında oynayıb.

DİGƏR XƏBƏRLƏR

Top