Ordubad hamamının bərpası üzrə layihə-smeta sənədləri 97 min manata hazırlanacaq


Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tender müsabiqəsi elan edib.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsi Ordubad hamamının bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlıdır.
Qeyd edək ki, müsabiqənin ehtimal olunan qiyməti 97 min 416 manat 8 qəpik təşkil edir.
Məlumat üçün bildirək ki, hamam Ordubad şəhərində XVIII-XIX əsrlərə aid Şərq memarlıq üslubunda inşa olunmuş memarlıq abidəsidir. Hamamın ümumi sahəsi 483 kv. metr, divarların qalınlığı 1 metrdir. Bina 20 x 20 x 5 ölçüdə bişmiş kərpiclə inşa olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top