
Ermənistanda hüquq-mühafizə orqanları rüşvət işi çərçivəsində “Qazprom Ermənistan” QSC-nin dörd əməkdaşını və bir vəzifəli şəxsi saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib.
Onun sözlərinə görə, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsində başlanmış cinayət işi çərçivəsində “Qazprom Ermənistan”ın dörd əməkdaşı və Ermənistanın Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyinə Nəzarət Xidmətinin bir vəzifəli şəxsi saxlanılıb.
İş yeni tikililərdə qaz təchizatı prosesində yol verilmiş pozuntulara göz yumulması və bunun müqabilində müsbət rəy verilməsi üçün rüşvət verilməsi hallarına aiddir.
Saxlanılan şəxslərdən dördü barəsində həbs qətimkan tədbiri seçilib, biri isə ev dustaqlığına buraxılıb.
Tətbiqimizi yükləyə bilərsiniz