
Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Ali İmran” MMC (VÖEN – 1003915211) olub.
Tenderin qalibi olan şirkət Birliyə təsərrüfat maları satacaq və qarşılığında 109 min 318 manat 15 qəpik alacaq.
Qeyd edək ki, satın alınacaq mallar arasında 5 min ədəd 72%-lik qara sabun, zibil qabı, süpürgə, bel, lom, kuvlat olmaqla ümumilkdə 49 adda müxtəlif təsərrüfat malları olacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan “Ali İmran” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu Qədim İrəvani. ev 14-də yerləşən MMC-nin qanuni təmsliçisi Məlikov Elçin İmran oğludur.
Onu da qeyd edək ki, hazırda “Ali İmran” MMC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən 1 872 manat 91 qəpik vergi borcu da var.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz