Bakıda avtoxuliqanlıq edən 23 yaşlı moped sürücüsü həbs edildi – Foto


Polis əməkdaşları tərəfindən Xətai rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək özü və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan mopedin sürücüsü - 23 yaşlı Famil Ağayev müəyyən olunaraq saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı şəhər DYP İdarəsi məlumat yayıb.
Bildirilib ki, sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib:
“Məhkəmənin qərarı ilə sürücü F.Ağayevin nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib”.

DİGƏR XƏBƏRLƏR

Top