Yeddi ayda metro ilə 129 milyon sərnişin daşınıb


Bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 milyard 206,6 milyon manat məbləğində xidmət göstərilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,1 faiz çoxdur.
Göstərilən xidmətlərin 5 milyard 530,7 milyon manatı yük daşınmasının, 2 milyard 522,9 milyon manatı sərnişin daşınmasının, 1 milyard 153 milyon manatı isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb.
Hesabat dövründə nəqliyyat sektorunda 140,8 milyon ton yük daşınıb. Bu göstərici illik müqayisədə 2,8 faiz artıb. Yüklərin 63 faizi avtomobil, 25,9 faizi boru kəməri, 7,4 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.
Yanvar-iyul aylarında nəqliyyat vasitələri ilə ümumilikdə 1 milyard 290 milyon sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz çoxdur.
Sərnişinlərin 89,3 faizi avtomobil nəqliyyatının, 10 faizi isə metro nəqliyyatının payına düşüb. Beləliklə, yeddi ay ərzində metro ilə 129 milyon sərnişin daşınıb. Digər nəqliyyat növlərinin payı isə ümumi sərnişin daşımalarının təxminən 0,7 faizini təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top