
Bu ilin ilk 7 ayı ərzində pərakəndə ticarət şəbəkələrində əhalinin hər bir nəfəri orta hesabla ayda 533,6 manat xərcləyib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xərclənən vəsaitin 54,3 faizi və ya 290 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 45,7 faizi və ya 243,6 manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Müqayisə üçün qeyd edək ki, yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkələrində xərclədiyimiz orta aylıq məbləğ bu il ərzində qeydə alınan ən yüksək göstərici olub:
Yanvar – 515,7 manat;
Yanvar-fevral –491,2 manat;
Yanvar-mart –517,2 manat;
Yanvar-aprel –489,5 manat;
Yanvar-may –496,9 manat;
Yanvar-iyun – 525,7 manat;
Yanvar-iyul – 533,6 manat.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz