İyulda Ukraynada ölən mülki şəxslərin sayı 2022-ci ilin mayından sonra ən yüksək göstərici olub


2026-cı ilin iyul ayında Rusiyanın hücumları nəticəsində Ukraynada həlak olan mülki şəxslərin sayı 2022-ci ilin may ayından bəri ən yüksək aylıq göstəriciyə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin Ukraynada insan haqlarını izləyən missiyası 13 avqustda hesabat dərc edib.
Bildirilib ki, 2026-cı ilin iyul ayında Ukraynada ən azı 437 mülki şəxs həlak olub, 2610 nəfər yaralanıb ki, bu da əvvəlki ay, 2026-cı ilin iyun ayı ilə müqayisədə 30%, 2025-ci ilin iyul ayı ilə müqayisədə isə 70% artım deməkdir.
“2022-ci ilin may ayından bəri Ukraynada bir ay ərzində ən çox mülki şəxs 2026-cı ilin iyul ayında öldürülüb.
2026-cı ilin iyul ayında Ukraynada 17 uşaq öldürülüb, 166 uşaq yaralanıb ki, bu da 2022-ci ilin aprel ayından bəri ən yüksək rəqəmdir”, - hesabatda deyilir.
Qeyd olunub ki, 2026-cı ilin iyul ayında ən çox mülki itki Kiyevdə (54 nəfər ölüb, 202 nəfər yaralanıb), Xersonda (34 nəfər ölüb, 424 nəfər yaralanıb), Zaporojyedə (27 nəfər ölüb, 280 nəfər yaralanıb) və Sumıda (20 nəfər ölüb, 152 nəfər yaralanıb) qeydə alınıb.
BMT missiyası Rusiyanın işğal etdiyi ərazilərdə 25 mülki şəxsin ölümünü və 50 nəfərin yaralanmasını sənədləşdirə bilib.
Qeyd olunub ki, bu ərazilərdən əldə edilən məlumatlar məhduddur.

DİGƏR XƏBƏRLƏR

Top