“İrana qarşı tarixdə görünməmiş sanksiyalar tətbiq edəcəyik”


ABŞ atəşkəs danışıqlarının dayandırılması, qlobal neft tədarükünün azalması və regional gərginliyin artması fonunda İrana qarşı dəniz blokadasını qeyri-müəyyən müddətə qüvvədə saxlaya biləcəyini elan edib.
Yeniavaz.com
xəbər verir ki, qərarı müdafiə naziri Pit Heqset jurnalistlərlə söhbəti zamanı açıqlayıb.
“ABŞ ordusunun İranın blokadasını davam etdirmək, həmçinin regionda dəniz qüvvələrinin mövcudluğunu saxlamaq üçün kifayət qədər gücü var. ABŞ Hərbi Dəniz Qüvvələri belə bir blokadanı qeyri-müəyyən müddətə saxlaya bilər”, - Heqset deyib.
ABŞ-nin maliyyə naziri Skott Besant isə bildirib ki, ABŞ İrana qarşı yeni maliyyə zərbəsi endirməyi planlaşdırır:
“Bizi izləməyə davam edin. Gələn həftə yeni sanksiyalar elan ediləcək. Biz heç bir ölkənin tarixində əvvəllər görünməmiş sanksiyalar tətbiq edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top