
İngiltərənin Şərqi Sasseks bölgəsindəki Lüis şəhəri yaxınlığında sərnişin qatarı relsdən çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, təcili yardım briqadaları, yanğınsöndürənlər və nəqliyyat polisi hadisə yerində işləyir.
Ciddi xəsarət alan və ya ölüm hadisəsinin baş vermədiyi qeyd edilir.
Hadisə İngiltərənin cənubunda sərnişin xidmətini qismən pozub. Operatorlar mümkün gecikmələr və ləğvlər barədə xəbərdarlıq edib və günün qalan hissəsində səyahət etməməyi məsləhət görüblər.
Tətbiqimizi yükləyə bilərsiniz