
“Ukrayna Qara dənizdə mülki hədəflərə qarşı hücumların qarşılıqlı dayandırılması üçün Rusiyaya təklif təqdim edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbə “Reuters” agentliyinə danışıb.
Mənbə bildirib ki, Kiyev təklifini Moskvaya vasitəçi - üçüncü ölkə - vasitəsilə çatdırıb və hələ də cavab gözləyir. Rusiya hələlik Ukraynanın təşəbbüsü ilə bağlı açıq şəkildə şərh verməyib.
Xatırladaq ki, daha öncə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bu yaxınlarda müxtəlif növ moratoriumlar və atəşkəslər üçün çoxlu çağırışlar eşitdiyini bildirib. O, əlavə edib ki, Rusiya hələlik bu məsələ ilə bağlı heç bir rəsmi təklif almayıb.
Atəşkəs təklifi hər iki ölkənin gəmilərə və limanlara hücumların qlobal ərzaq tədarükünü təhdid etdiyi barədə xəbərdarlıq etməsindən qısa müddət sonra verilib.
Tətbiqimizi yükləyə bilərsiniz