Rus qırıcıları lazer silahı ilə təchiz ediləcək

Rusiya Hərbi Hava Qüvvələri yeni “MiQ-35” yüngül qırıcılarının lazer silahı ilə təchiz edilməsini mənimsəyəcək. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanı Viktor Bondarev deyib. Onun sözlərinə görə, sınaqlar keçirildikdən dərhal sonra yeni silahdan istifadəyə başlanılacaq. V. Bondarev qeyd edib ki, təyyarənin yer və hava üzrə lazer silahının istənilən növünü tətbiq etmək üçün hər şeyi var. Bu məqsədlə qırıcıda asma nöqtələrinin sayı 6-dan 8-dək artırılıb. “MiQ-35” “MiQ” qırıcıları ailəsinin ən yenisidir. Bu təyyarə 4++ nəslinə aid edilir və beşinci nəsil qırıcı silsiləsinə keçid kimi nəzərdən keçirilir. Qırıcı radioelektron avadanlıqla təchiz edilib ki, bu da bütün havadan vurma vasitələrini tətbiq etməyə imkan verir.

DİGƏR XƏBƏRLƏR

Top