
Roma yaxınlığında orta və iri çaplı sursat istehsalı müəssisəsində partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.
Bildirilib ki, ərazi Fransa-Almaniya KNDS qrupunun bir hissəsi olan “KNDS Ammo Italy”ya məxsus keçmiş “Sammel Difesa” zavodudur.
Hadisə yerində bir neçə yanğınsöndürmə briqadası işləyir, lakin hazırda yanğını söndürmək çətindir. İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğınsöndürənlər yanğının yaxınlıqdakı ərazilərə yayılmasının qarşısını almağa çalışırlar.
Yanğının səbəbi hələ məlum deyil. Xilasedicilər hadisənin barıt presləmə zavodunda baş verdiyini düşünürlər. Rekord dərəcədə isti hava şəraitində yanğın riski yüksək olaraq qalır.
“Sky TG-24”ün məlumatına görə, KNDS qrupu Avropanın Ukraynaya hərbi dəstəyi üçün artilleriya və sursatın aparıcı təchizatçılarından biridir. Şirkətin məlumatına görə, “KNDS Ammo Italy” zavodu pilotlu və pilotsuz sistemlər də daxil olmaqla, Avropa quru müdafiəsi üçün sursat istehsalında ixtisaslaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz