Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlandı − AQTA


Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müxtəlif ölkələrdən idxal olunan bitki və palma yağlarının təhlükəsizlik göstəriciləri üzrə gücləndirilmiş nəzarət tədbirlər çərçivəsində bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. 
Bildirilib ki, laborator müayinələr nəticəsində təqdim olunan yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi– 3-MCPD(3-monoxlorpropan1,2-diol ) aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. O cümlədən, bir sıra ölkələrin müəyyən istehsalçılarına məxsus bitki yağı məhsullarının ölkə ərazisinə idxalına məhdudiyyətlər tətbiq edilib.
AQTA bitki və palma yağlarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərini məhsulların təhlükəsizlik göstəricilərinə və idxal zamanı müəyyən edilmiş qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırır. Nəzarəti tədbirləri davam etdirəcək.

DİGƏR XƏBƏRLƏR

Top