
ABŞ Prezidentinin mətbuat katibi vəzifəsinə ən azı altı nəfər potensial namizəd kimi nəzərdən keçirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə ”The Daily Telegraph” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, namizədlərdən biri Kerolayn Livittin müavini Anna Kellidir. Jurnalistlər onun artıq Ağ Evin mətbuat ofisində təcrübəsi olduğunu qeyd ediblər.
Bu vəzifəyə həmçinin keçmiş televiziya aparıcısı Seyc Stil, ABŞ Prezidenti Donald Trampın köməkçisi Ceyson Miller, jurnalist Keri Leyk, Daxili Təhlükəsizlik Katibinin İctimaiyyətlə Əlaqələr üzrə köməkçisi Trişa Maklaflin və Amerika liderinin keçmiş vəkili Alina Habbanın da namizədliyi nəzərdən keçirilir.
Qeyd edək ki, Tramp dünən Livittin avqustun sonunda vəzifəsindən ayrılacağını açıqlayıb. O, Livittin gözəl uşaqları və ailəsi ilə daha çox vaxt keçirmək üçün bunu edəcəyini qeyd edib. O, Livittin qərarını tam başa düşdüyünü və hörmət etdiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz