“Qalatasaray” Osimhen üçün edilən 130 milyonluq təklifi rədd etdi


“Qalatasaray” nigeriyalı hücumçu Viktor Osimhen üçün “Əl-Hilal”ın təklifini rədd edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkə səhifəsində məlumat dərc edib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı klubu “Qalatasaray”a hücumçu üçün 130 milyon avro təklif edib.
Lakin Türkiyə klubu bu mərhələdə Osimhenlə danışıqlar aparmağa hazır olmadığını bildirib.
Qeyd edək ki, ötən mövsüm 27 yaşlı futbolçu bütün yarışlarda 33 oyun keçirib, 22 qol vurub və 8 məhsuldar ötürmə edib. O, 31 iyul 2025-ci ildə “Qalatasaray”a qoşulub və dörd illik müqavilə imzalayıb.
Osmixenin transfer qiyməti Türkiyə Super Liqası üçün bütün dövrlərin rekordu olan 75 milyon avro təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top