
2027-ci il İspaniya Super Kuboku İstanbulda keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
Titul uğrunda “Real Madrid”, “Barselona”, “Real Sosyedad” və “Atletiko Madrid” mübarizə aparacaq. Oyunlar təxminən 75 000 tamaşaçı tutumuna malik Atatürk Olimpiya Stadionunda baş tutacaq.
Turnir 2-7 fevral tarixlərində keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz