
Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsində yerləşən “Tural” şadlıq sarayı hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 1 mərtəbədən ibarətdir.
Satışa çıxarılan obyektin sahəsi 455,3 kvadrat metrə bərabərdir. 6 otaqdan ibarət olan obyektin minimum satış qiyməti 382 min 500 manat təşkil edir.
Qeyd edək ki, daha əvvəl də dövlət qurumları tərəfindən “Tural” şadlıq sarayı ilə bağlı inzibati tədbir həyata keçirilib. Pandemiya dövrünün tələblərini pozduğu üçün şadlıq sarayının rəhbərliyi cərimələnib.
Açıq mənbələrdə bildirilib ki, “Tural” şadlıq sarayının sahibi fiziki şəxs Qasımov Zaur Rasim oğlu olub.




Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz