
Moskva məhkəməsi ABŞ vətəndaşı Konnor Kennedi ilə bağlı qiyabi olaraq məhkəməyəqədər həbs qərarı çıxarıb.
Yeniavaz.com xəbər verir ki, Rusiya hökuməti Kennedini beynəlxalq axtarışa verib.
32 yaşlı Konnor Kennedi ABŞ Səhiyyə və Sosial Xidmətlər naziri Robert Frensis Kennedinin oğlu, ABŞ-nin keçmiş prezidenti Con Kennedinin qardaşı oğludur.
Məlumata görə, Konnor Kennedinin qiyabi həbs qərarı müdafiə tərəfinin apelyasiya şikayəti rədd edildikdən sonra qüvvəyə minib.
Konnor Kennediyə qarşı muzdlu döyüşçü kimi Ukrayna tərəfindən döyüşdə iştirak etmək ittihamı ilə (Rusiya Cinayət Məcəlləsinin 353-cü maddəsinin 3-cü hissəsi) cinayət işi açılıb və bu ittiham 7 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutur.
Qedy edək ki, 2022-ci ilin oktyabr ayında Konnor Kennedi “İnstaqram”da Ukraynada baş verənlərdən dərin təsirləndiyini, kömək etmək qərarına gəldiyini və Ukrayna Beynəlxalq Legionuna qoşulduğunu yazmışdı.
Onun sözlərinə görə, Konnor Kennedi artıq Ukraynadan vətəninə qayıdıb.
Tətbiqimizi yükləyə bilərsiniz