Peşə məktəbi pelet sobalar üçün 51,5 min manatlıq material alır


Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi fiziki şəxs Elman Əlidadaş oğlu Mənsimov (VÖEN – 2901363522) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilələr tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Qeyd edək ki, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi Elman Mənsimovdan pelet sobaların istehsalı üçün lazım olan mal-materialı satın alacaq və qarşılığında 51 min 503 manat 44 qəpik ödəyəcək.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top