“Ukrayna qoşunları bu il 26 yaşayış məntəqəsini azad edib” – Zelenski


Ukrayna qoşunları yanvar-avqust ayları ərzində Dnepropetrovsk, Donetsk və Zaporojye vilayətlərinin qovşağında - Oleksandrivka istiqamətində hücum zamanı əvvəllər Rusiya tərəfindən işğal edilmiş 26 yaşayış məntəqəsini geri alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin rəsmi sosial şəbəkə səhifəsində məlumat dərc olunub.
Bildirilib ki, bu barədə Zelenskiyə hərbi komandanlıq məlumat verib.
Zelenski qeyd edib ki, bu əməliyyat zamanı 745 kvadrat kilometr ərazi azad edilib və ən azı 9500 rus əsgəri öldürülüb və ya əsir götürülüb.
“Hücum əməliyyatımız tam olaraq planlaşdırıldığı kimi həyata keçirilib” - Zelenski qeyd edib.
O, əməliyyatın davam edib-etmədiyini dəqiqləşdirməyib.
Hesabatı Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Mixaylo Drapati, Baş Qərargah rəisi İqor Skibyuk və Hava-desant Hücum Qüvvələrinin komandanı Oleq Apostol təqdim edib.
Rusiya ordusu hələlik Ukrayna tərəfinin iddialarına münasibət bildirməyib. Rusiya prezidenti Vladimir Putin dəfələrlə Rusiya qoşunlarının bütün cəbhələrdə irəlilədiyini bildirib. Cəbhə xəttinin dəqiq yerini müstəqil şəkildə müəyyən etmək mümkün deyil.
Qərb analitikləri 2026-cı ilə qədər Rusiya qoşunlarının irəliləmə tempinin yavaşlayacağını qeyd edirlər.

DİGƏR XƏBƏRLƏR

Top