
“Mercedes-Benz” şirkəti “Manufaktur Made To Measure” fərdiləşdirmə proqramının bir hissəsi olaraq yeni fərdi “Mercedes-Maybach S 680” modeli istehsal edib.
Yeniavaz.com xəbər verir ki, yeni modelin dizaynı NBA ulduzu LeBron Ceymsin köməyi ilə hazırlanıb.
Yeni modeldə eksteryer və təkərlər açıq rəngə boyanıb, V12 nişanları isə "LJ" baş hərfləri ilə əvəz edilib. İnteryerdə kontrast tikişli açıq mavi nappa dəriləri, qara piano lak bəzəkləri, avtomobilə aid müxtəlif oymalar, həmçinin, LeBron Ceyms və onun doğma şəhəri Akrona (Ohayo ştatı) aid oymalar da daxil olmaqla bir sıra fərdiləşdirilmiş detallar var.
Avtomobil doqquz pilləli avtomatik transmissiya və tam ötürücü sistemlə birləşdirilmiş 6,0 litrlik iki turbo V12 mühərriki ilə təchiz olunub. Avtomobilin mühərrik 630 at gücünə malikdir. Həmçinin, sedan 0-dan 100 km/saat sürətə 4,3 saniyəyə çatır.
“Mercedes-Benz” şirkəti növbəti dəfə “Maybach”la yanaşı, “Mercedes-AMG One” hiperkarı da daxil olmaqla bir sıra aktual modelləri, eləcə də AMG modelləri, şou avtomobilləri və unikal 1938-ci il “Mercedes-Benz 540K Streamliner” də daxil olmaqla klassik avtomobilləri təqdim edəcək.
Qeyd edək ki, yeni model ilk dəfə “Monterey Auto Week” avtomobil festivalında nümayiş olunub. Festivaldan sonra avtomobil hərraca çıxarılacaq və əldə edilən gəlir xeyriyyə təşkilatlarına istiqamətləndiriləcək.





Tətbiqimizi yükləyə bilərsiniz