Kolumbiyada ölənlərin sayı yenə artdı − Yenilənib


Kolumbiyada avqustun 10-da baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “BluRadio” məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində 40 mindən çox ailə zərər çəkib.

***11:06
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 265 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Abelardo de la Esprielya məlumat verib.
Onun sözlərinə görə, daha 3494 nəfər yaralanıb.
“Təəssüf ki, 265 nəfər ölüb, 3494 nəfər yaralanıb. İtkin düşənlərin sayı həyəcan verici dərəcədə artaraq 496-ya çatıb”, - deyə o bildirib.
Digər tərəfdən, avqustun 12-də Abelardo de la Esprielya Kolumbiyada fəlakət vəziyyəti elan edən fərman imzalayıb.
Qeyd edək ki, avqustun 10-da Kolumbiyada 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Şoko departamentinin San Xose del Palmar bələdiyyəsində olub. Zəlzələlər paytaxt Boqotada, eləcə də Pereyra və Manisalesdə hiss olunub. Binalarda çoxsaylı dağıntılar qeydə alınıb. Ölkədə fövqəladə vəziyyət elan edilib. Bir çox magistral yollarda nəqliyyatın hərəkəti dayandırılıb, hava limanlarına uçuşlar ləğv edilib.

DİGƏR XƏBƏRLƏR

Top