Putin ilk dəfə Kuril adalarına getdi – Yaponiyadan etiraz


Rusiya Prezidenti Vladimir Putin ilk dəfə Kuril adalarına səfər edib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiya Prezidenti arxipelaqın ən böyük adası olan İturup adasına səfərə gedib.
Digər tərəfdən, Yaponiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq Putinin səfəri ilə bağlı Rusiyaya sərt etirazını bildirib.
Nazirlik qeyd edib ki, Kuril adalarının şimal əraziləri, o cümlədən İturup tarixi və hüquqi baxımdan Yaponiya ərazisidir.
Qeyd edək ki, Rusiya dövlət və hökumət liderləri əvvəllər Kuril adalarına beş dəfə səfər ediblər. Dmitri Medvedev 2010-cu ildə Rusiya Prezidenti, 2012, 2015 və 2019-cu illərdə isə Rusiyanın Baş naziri kimi Kuril adalarında səfərdə olub. 2021-ci ildə isə Rusiyanın Baş naziri Mixail Mişustin İturup adasına səfər edib.
Xatırladaq ki, Moskva və Tokio İkinci Dünya Müharibəsindən sonra sülh müqaviləsi üzrə danışıqlar aparırlar. Bunun qarşısında əsas maneə cənubi Kuril adalarına dair hüquqlar üzərində fikir ayrılığıdır. Belə ki, müharibədən sonra bütün arxipelaq SSRİ-yə birləşdirilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və bir qrup kiçik, yaşayış olmayan adaların mülkiyyətinə etiraz edir.

DİGƏR XƏBƏRLƏR

Top