ABŞ bir gündə üç edam həyata keçirəcək – Son 16 ildə ilk


ABŞ-nin Tennessi, Alabama və Oklahoma ştatlarının hakimiyyət orqanları bu gün üç məhbusun ölüm hökmünü icra etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bu, təxminən 16 il ərzində ABŞ-də eyni gündə üç edamın icrası planlaşdırılan ilk hal olacaq.
Edamların hamısı ölümcül inyeksiya ilə həyata keçiriləcək.
Tennessi ştatı 1985-ci ildə qulluqçunu öldürməkdə təqsirli bilinən Entoni Darrel Haynsı edam etməyi planlaşdırır. Alabama ştatı beş yaşlı qıza təcavüz etməkdə və qətlə yetirməkdə təqsirli bilinən Ceremi Uillyamsı, Oklahoma ştatı isə 2003-cü ildə nişanlsını öldürməkdə təqsirli bilinən Karlos Kuesta-Rodriqesi edam etməyi planlaşdırır.
AP-nin qeyd etdiyi kimi, bir gündə üç edamın həyata keçirilməsi, ABŞ-də edam hökmlərinin sayının artmasını əks etdirir və bu, ölüm hökmünü fəal şəkildə tətbiq etməyə davam edən bir neçə ştatın təsiri altında baş verir.
Qeyd edək ki, 2025-ci ildə ölkədə 47 edam icra edilib. Bu, 2009-cu ildən bəri ən yüksək rəqəmdir.

DİGƏR XƏBƏRLƏR

Top