PSJ ardıcıl ikinci il Super Kuboku qazandı – Video


Fransa çempionu və Çempionlar Liqasının qalibi PSJ ardıcıl ikinci il Avropa Super Kubokunu qazanıb.
Yeniavaz.com
xəbər verir ki, Avstriyanın Zalsburq şəhərində keçirilən matçda ispaniyalı Luis Enrikenin rəhbərlik etdiyi komanda Avropa Liqasının qalibi İngiltərənin "Aston Villa" komandasını 2:1 hesabı ilə məğlub edib.
20-ci dəqiqədə Paris komandasının 25 yaşlı hücumçusu Xviça Kvaratsxeliya hesabı açıb.
45-ci dəqiqədə 17 yaşlı ingilis hücumçu Brayan Maqqio hesabı bərabərləşdirib.
61-ci dəqiqədə isə 21 yaşlı fransız hücumçusu Dezire Duye PSJ-yə qələbə qazandıran qolu vurub.

DİGƏR XƏBƏRLƏR

Top