
Ağ Evin mətbuat katibi Kerolayn Livitt avqustun sonunda vəzifəsindən ayrılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
“Ağ Evin gözəl mətbuat katibi, ən etibarlı köməkçilərimdən biri olan Kerolayn Livitt ayın sonunda gözəl uşaqları və ailəsi ilə daha çox vaxt keçirmək üçün vəzifəsindən ayrılacaq. Mən bu qərarı tam başa düşürəm və hörmət edirəm”, - Amerika lideri yazıb.
Tramp qeyd edib ki, Kerolayn onun əsas kənar məsləhətçilərindən biri və Respublikaçılar Partiyasında nüfuzlu fiqur olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz