Lukaku “Fənərbağça”ya transfer oldu


Türkiyənin “Fənərbağça” klubu “Napoli”nin hücumçusu Romelu Lukakunu rəsmən açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, İstanbul təmsilçisi hücumçu ilə 1+1 illik razılıq əldə edib.
33 yaşlı futbolçu müqavilə imzalamaq və tibbi müayinədən keçmək üçün bu axşam İstanbula gələcək.
Qeyd edək ki, Belçika millisinin üzvü karyerası ərzində “Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter”, “Roma” və “Napoli”nin də formasını geyinib.
 

DİGƏR XƏBƏRLƏR

Top