Kolumbiyada ölənlərin sayı 254-ə çatdı − Matəm elan edildi


Kolumbiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 254-ə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, qurbanların əksəriyyəti Kali və Pereyrada yaşayırdı.
Son məlumatlara görə, yaralıların sayı 900-ü keçib. Çoko departamentində (Sakit okean sahilində) bir neçə şəhər elektrik enerjisiz qalıb. Nəşrin məlumatına görə, elektrik kəsilməsi xilasetmə işlərini çətinləşdirir. Uçmuş evlərin dağıntıları altında qalan insanların sayı məlum deyil.
Kolumbiya hökuməti güclü zəlzələ qurbanlarının xatirəsinə üçgünlük matəm elan edib. Bu müddət ərzində ölkənin bütün dövlət binalarında, eləcə də Kolumbiyanın xaricdəki səfirliklərində milli bayraq yarıya qədər endiriləcək.
Xatırladaq ki, 7,4 bal gücündə zəlzələ 10 avqust səhəri baş verib. Zəlzələnin episentri Kolumbiyanın qərbindəki San Jose del Palmar şəhərindən 5 kilometr aralıda olub. O vaxtdan bəri ən azı 70 təkrar təkan qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top