
Avqustun 12-də ilin ikinci Günəş tutulması olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, bu, tam Günəş tutulmasıdır.
Qismən tutulma saat 19:34-də başlayıb və 23:57-də başa çatıb. Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edib. Tutulmanın maksimumu saat 21:46-ya təsadüf edib.
Mərkəzi tutulma saat 20:57-də başlayıb və saat 22:30-da başa çatıb.
Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edib. Günəş tutulması hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayıb.
***20:01
Bu ilin ikinci və son Günəş tutulması başlayıb. Bu, tam Günəş tutulmasıdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, Günəş tutulması Bakı vaxtı ilə 23:57-də başa çatacaq.
Maksimum faza isə saat 21:46-da baş verəcək.
Ümumilikdə təxminən 5 saat çəkəcəyi gözlənilən tutulma hadisəsi zamanı günəş diskinin tam tutulması təqribən 7 dəqiqə davam edəcək.
Tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya, həmçinin Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə ediləcək. Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək.
İlin ilk Günəş tutulması kimi son Günəş tutulması da Azərbaycandan müşahidə olunmayacaq. Azərbaycandan müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci ildə baş vermiş qismən Günəş tutulması olub. Növbəti müşahidə edilə biləcək tutulma isə 2 avqust 2027-ci ildə baş verəcək. Bu tutulma tam Günəş tutulması olsa da, Azərbaycandan tam kölgə zolağından kənarda qaldığı üçün yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.
Günəş tutulmasını linkə daxil olaraq izləmək mümkündür.
Tətbiqimizi yükləyə bilərsiniz