
Ermənistanın Baş naziri Nikol Paşinyan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Zelenski Paşinyanı Ermənistanın Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib.
Həmsöhbətlər həmçinin sabit və möhkəm sülhün təşviq edilməsinin vacibliyini vurğulayaraq, regional və qlobal hadisələr barədə fikir mübadiləsi aparıblar.
Tətbiqimizi yükləyə bilərsiniz