Yasamal rayonunda oğurluq edən şəxslər saxlanıldı


Paytaxtın Yasamal rayonunda zərərçəkənlərə məxsus 2 velosiped, 3 ədəd mobil telefon və noutbukun oğurlanması ilə bağlı polisə müraciətlər daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məkhum olunmuş 32 yaşlı N.Ağamuradov müəyyən olunaraq saxlanılıb. Onun oğurladığı əşyaları satdığı müəyyən edilib.
Bundan başqa Yasamal rayonunda 2 mağazadan ümumilikdə 3700 manat nağd vəsaiti oğurlamaqda şübhəli bilinən Ü.Şərifov və T.Salmanov da müəyyən edilərək saxlanılıblar.
Faktlar üzrə araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top