Ötən il Almaniya qaçqınlara 27 milyard avro xərcləyib

Ötən il Almaniyada qaçqınların yerləşdirilməsi və inteqrasiyası üçün dövlət büdcədən təxminən 27 milyard avro xərclənib. TASS xəbər verir ki, bu haqda Almaniya Maliyyə Nazirliyinin yanvarın 27-də yayılan hesabatında bildirilib. Məlumata görə, bu sahəyə 2017-ci il üçün 21,3 milyard avro ayrılıb.
Xəbərə görə, 2016-cı ildə Almaniyaya 305 min qaçqın sığınıb. Bu rəqəm 2015-ci ildəkindən 3 dəfə azdır. Almaniya Federal Statistika qurmunun yaydığı məlumata əsasən, miqrantların hesabına 2016-cı ildə ölkə əhalisinin sayı 82,8 milyon nəfərə çatıb.Report

DİGƏR XƏBƏRLƏR

Top