
Hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür.
“Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şamaxı, Xaltan, Altıağac, İsmayıllı, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Qusar, Qrız, Sarıbaş (Qax), Kişçay (Şəki), Şahdağda şimşək çaxır, arabir yağış yağır”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz