
Türkiyənin Yalova əyalətində təlim uçuşu zamanı F16 təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, qəza 18-ci Aviasiya Komandanlığının yaxınlığında baş verib.
İlkin məlumatlata görə, qəzanın baş verməsinə səbəb texniki nasazlıq olub.
Hadisə yerinə çox sayda təcili yardım briqadası göndərilib.
Pilotun təyyarə qəzaya uğramadan əvvəl katapult etdiyi və qəzadan sağ çıxdığı bildirilir.
Qəzadan sonra Türkiyə Milli Müdafiə Nazirliyi də bəyanat yayıb.
“Hərbi Hava Qüvvələrimizə məxsus F-16 təyyarələrindən biri Yalovada təlim uçuşu zamanı qəzaya uğrayıb. Pilotumuz katapult edib və sağ qalıb. Qəzanın səbəbi ətraflı araşdırmadan sonra müəyyən ediləcək”, - nazirlik bəyanatda qeyd edib.

Tətbiqimizi yükləyə bilərsiniz