
Amerikalı milyarder və sahibkar İlon Mask zarafatla sosial şəbəkə səhifələrində Birləşmiş Krallığı neçəyə ala biləcəyini soruşub.
Yeniavaz.com xəbər verir ki, o, bu mesajı “The Babylon Bee” satirik saytının Maskın ölkəni vətəndaşların söz azadlığını bərpa etmək üçün satın aldığını iddia etdiyi paylaşımına cavab olaraq paylaşıb.
Milyarder şərhində “Bunun qiyməti nə qədərdir?” deyə soruşub.
O, eyni ifadəni 2017-ci ildə bir istifadəçinin “Twitter”i (indiki “X”) almaq təklifinə cavab olaraq yazmış və daha sonra bunu etmişdi.
Qeyd edək ki, 2022-ci ilə qədər “Twitter”in səhmlərinin 15%-dən çoxuna sahib olan tək bir sahibi yox idi. 2022-ci ilin aprel ayında Mask “Twitter”in səhmlərinin 9,2%-nə sahib olduğunu elan edib: o, 2009-cu ildə sosial şəbəkəyə üzv olub və onun ən populyar istifadəçilərindən birinə çevrilib (110 milyondan çox izləyicisi ilə). Mask daha sonra “Twitter”in mövcud senzurasından narazılığını bildirərək sosial şəbəkəni 43 milyard dollar bazar qiymətinə almağı təklif edib. 26 oktyabrda Mask “Twitter”in satın alınmasını başladıb və şirkətin işçi qüvvəsinin dörddə birini ixtisar edəcəyini açıqlayıb. O, həmçinin reklamçılara müraciət edərək, geniş məsələlərin sağlam şəkildə müzakirə edilə biləcəyi bir platformanı qorumaq üçün bu müqaviləni bağladığını bildirib. Müqavilə 27 oktyabrda başa çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz