İstilər Böyük Britaniyaya 6 milyard dollar ziyan vurdu


2026-cı ildə Böyük Britaniyada baş verən isti hava dalğaları iqtisadiyyata 4,4 milyard funt sterlinq (təxminən 6 milyard dollar) ziyan vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Verdant” analitik mərkəzi məlumat yayıb.
Mərkəzin direktoru Ceyms Miduey bildirib ki, iqlim dəyişikliyinin iqtisadi nəticələri artıq hiss olunur və vəziyyət gələcəkdə daha da pisləşəcək.
Böyük Britaniyada 2026-cı ilin may, iyun və iyul aylarında həddindən artıq temperatur qeydə alınıb. Britaniya adaları 30 dərəcə selsi və ya daha yüksək temperaturun olduğu günlərin sayına görə yeni rekord müəyyənləşdirib. 2026-cı ildə artıq 35 belə gün qeydə alınıb və meteoroloqlar bu həftə daha bir istilik dalğası proqnozlaşdırıblar.
“The Guardian” qəzetinin xəbər verdiyi kimi, “Verdant” analitik mərkəzinin hesablamalarına meşə yanğınlarının söndürülməsi xərcləri və ventilyatorların və kondisionerlərin işləməsi nəticəsində yaranan əlavə enerji istehlakı kimi itkilər daxil deyil.
Mütəxəssislər 2030-cu ilə qədər daha tez-tez baş verən isti hava şəraitində illik iqtisadi ziyanın 25 milyard funt sterlinqi (33,7 milyard dollar) keçə biləcəyini istisna etmirlər.
45 milyon əhalisi olan İngiltərənin təxminən dörddə üçü hazırda davamlı isti hava ilə əlaqədar quraqlıq şəraiti yaşayır. Həmçinin, iyul ayı İngiltərədə son 190 ilin ən quraq ayı olub. İngiltərənin böyük bir hissəsində su məhdudiyyətləri qüvvədədir və on milyonlarla insana təsir göstərir.

DİGƏR XƏBƏRLƏR

Top